Üçqat Olimpiya çempionu və Rusiya Dövlət Dumasının deputatı İrina Rodnina 13 yaşlı fiqurlu konkisürən Aleksandr Plyuşenkoya qarşı həddindən artıq diqqətin dayandırılmasına çağırıb.
Bu barədə RİA Novosti məlumat yayıb.
Rodninanın sözlərinə görə, məşhur rusiyalı fiqurlu konkisürənin oğluna yaşına uyğun olmayan dərəcədə çox diqqət göstərilir.
“Uşağın 13 yaşı var. Onun haqqında bu qədər çox yazılması sizə tez görünmür? Soyadına görə reaksiya verirsiniz? Bəli, o, Olimpiya çempionunun oğludur. Amma uşağı rahat buraxın. Bunun adı bullinqdir”, — Rodnina bildirib.
Aleksandr Plyuşenko bu ilin yazında Azərbaycanın idman vətəndaşlığını alıb. Azərbaycanı təmsil etdiyi ilk beynəlxalq yarışlarda o, Ankarada keçirilən gənclər Qran-prisində 13-cü, Batumidə isə 10-cu yeri tutub.

