Əfsanəvi sovet biatlonçusu, dördqat olimpiya çempionu Aleksandr Tixonov ilin adamını açıqlayıb. Hazırda Belarusda yaşayan tanınmış idmançının fikrincə, bu ada Belarus prezidenti Aleksandr Lukaşenko layiqdir. Bu barədə “Sovetski sport” yazır.
“İlin adamı kimi Lukaşenkonu seçirəm. Bunu açıq deyirəm.
O, xokkeylə də məşğuldur. Minsk Arenası ən yaxşı xokkey sarayı adına iddialıdır — bu sahədən anlayışım var. Matçdan 15 dəqiqə sonra tribunalar boşdursa, deməli, hər şey düzgün layihələndirilib. Belarusda olduğu kimi yüksək azarkeş mədəniyyətini başqa yerdə görməmişəm”, — deyə Tixonov bildirib.
Aleksandr Tixonov əlavə edib ki, ölkədə iqtisadiyyat inkişaf edir, ət və süd məhsulları 154 ölkəyə ixrac olunur. Onun sözlərinə görə, Belarusda kombaynlar, traktorlar, avtomobillər və motosikletlər istehsal olunur, Rusiyaya isə kompüter və planşetlər satılır.
“Bu hələ ərzaq təminatından danışmıram — məhsullar Kamçatkaya qədər göndərilir. Belarusda ilk dəfə 1967-ci ildə olmuşam, müqayisə etməyə əsasım var. Təhsil pulsuzdur, yaşayış icazəm olduğu üçün tibbi xidmətlərdən də pulsuz istifadə edirəm”, — deyə Tixonov qeyd edib.

