“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının X turunda, “Sabah-2” ilə oyunda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.
“Den.az” xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.
Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.
Qarşılaşmada “Sabah-2”nin 5, “Sumqayıt-2”nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.
“Sumqayıt”ın futbolçusu hakimi təhqir etdi, ağır cəza aldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.