"Arsenal"ın ispaniyalı baş məşqçisi Mikel Artetanın təkzib etməsinə baxmayaraq onun klubdan ayrılacağı barədə iddialar səngimir.
Den.az xəbər verir ki, Artetanın “Arsenal”dan getməyə hazırlaşdığı irəli sürülür. “Sport”un məlumatına görə, Mikel Arteta "Arsenal"dakı həmkarlarına mövsümün sonunda İngiltərə komandasını tərk edəcəyini bildirib. Onun hansı kluba getmək istədiyi barədə məlumat yoxdur.
Britaniya mediası isə onun “Barselona” klubuna gedəcəyi barədə xəbər dərc etmişdi. Arteta isə iddiaları rədd edib. Qeyd edək ki, Mikel Arteta “Arsenal”la 154 matçda 88 dəfə qalib gəlib, 26 dəfə heç-heçə edib, 40 dəfə məğlub olub.
“Arsenal”ı silkələyən xəbər - Qərarını verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.