İspaniyada Arda Gülerin “Real Madrid”də az oyun vaxtı alması ilə bağlı müzakirələr davam edir.
Den.az xəbər verir ki, mediada Ardanın təcrübə toplamaq üçün uyğun ünvanın hansı olduğu açıqlanıb. İspaniya mediası yazır ki, Arda Güler “Real Sosyedad”a icarəyə göndərilməlidir. Məqalədə bildirilir ki, bundan əvvəl “Real Madrid”dən Odegaard və Kubo “Real Sosyedad”a icarəyə göndərilib. Hər iki futbolçunun icarəsi uğurlu alınıb. Kubo “Real Sosyedad”da oynamağa davam edir. “Arsenal” klubuna gedən Odegaard isə İngiltərədə uğurlu oyun nümayiş etdirib. Ardadan əlavə Endrik və Brahim Diazın da icarəyə göndərilməsi irəli sürülür.
Qeyd edək ki, Arda Gülerin mövsümün fasiləsinə kimi əsas heyət oyunçusu olmayacağı təqdirdə mövsümün sonuna qədər icarəyə getmək istədiyi deyilir.
Arda bu kluba getməlidir - Ançelotti üzərində təzyiq

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.