2026-cı ilin yanvar–iyul aylarında Gürcüstan Azərbaycana 3,44 milyon dollar dəyərində 1 236,8 ton diri qoyun və keçi ixrac edib.
Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana tədarük dəyər ifadəsində 24 faiz, həcm baxımından isə 49,4 faiz artıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə ümumilikdə 16,484 milyon dollar dəyərində 4 157 ton diri qoyun və keçi ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 2,6 dəfədən çox artıb.
Gürcüstan qoyun və keçilərinin dəyər baxımından ən böyük alıcısı Səudiyyə Ərəbistanı olub. Bu ölkəyə 5,64 milyon dollar dəyərində 1 120 ton məhsul göndərilib.
Azərbaycan ixracın dəyərinə görə ikinci yeri tutub, həcm baxımından isə Gürcüstanın əsas ixrac istiqaməti olub.
Sonrakı yerlərdə İraq – 3,28 milyon dollar, Qətər – 1,92 milyon dollar və Küveyt – 1,05 milyon dollar qərarlaşıb.

