Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana ümumilikdə 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata əsasən, ümumi ixrac həcminin 3 milyon 889 min dolları aprel ayının payına düşüb.
Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı idxalın həcmi isə cəmi 960 ABŞ dolları təşkil edib. Aprel ayında bu ölkədən idxal qeydə alınmayıb.

