Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar–noyabr aylarında Azərbaycan 478 milyon 49 min ABŞ dolları dəyərində farmasevtik məhsul idxal edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.
Hesabat dövründə Azərbaycan 2 milyon 493 min ABŞ dolları məbləğində farmasevtik məhsul ixrac edib ki, bu da ötən illə müqayisədə 9,2 faiz azalma deməkdir.
Qeyd olunur ki, farmasevtik məhsulların idxalı ölkənin ümumi idxalının 2,26 faizini, ixracı isə ümumi ixracın cəmi 0,01 faizini təşkil edib.

