2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycandan Yunanıstana 833 milyon kubmetr təbii qaz ixrac edilib. Bu ixracın dəyəri 428,1 milyon ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.
Açıqlanan məlumatlara əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 69,7 milyon dollar və ya 19,5% artıb. Bununla yanaşı, tədarük olunan qazın həcmi 16,5 milyon kubmetr və ya 1,9% azalıb.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar–noyabr aylarında Azərbaycan Yunanıstana 849,5 milyon kubmetr təbii qaz ixrac edib və bu tədarükün ümumi dəyəri 358,4 milyon ABŞ dolları olub.

