Cari ilin yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 77,9 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 milyon dollar və ya 6,6 faiz artıb.
Yanvar ayında Azərbaycandan Gürcüstana ixracın həcmi 69,3 milyon dollar olub. Bu, illik müqayisədə 4,7 milyon dollar və ya 7,3 faiz artım deməkdir.
Eyni dövrdə Gürcüstandan Azərbaycana ixrac isə 8,6 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 51 min dollar və ya 0,6 faiz çoxdur.

