
İmişlidə nəqliyyat xidmətinin həcmi 17,1 faiz artıb

İmişlidə nəqliyyat xidmətinin həcmi 17,1 faiz artıb
İmişlidə 2023-cü ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər faktiki qiymətlərlə 1 milyon 961,5 min manat dəyərində və ya əvvəlki illə müqayisədə 17,1 faiz çox xidmət göstərib. İmişli rayon Statistika idarəsindən DEN.AZ-a verilən məlumata görə, nəqliyyat xidmətindən gələn gəlirlərin 1 milyon 259,1 min manatı yük daşınmasından, 702,4 min manatı isə sərnişin daşınmasından olub. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 2023-cü ilin yanvar-mart aylarında 404,0 min ton yük daşınıb. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox deməkdir. Nəqliyyat sektorunda sərnişin daşınması 2023-cü ilin yanvar-mart aylarında əvvəlki il müvafiq dövrü ilə müqayisədə 21,9 faiz artaraq 1 milyon 790,0 min sərnişin təşkil edib.
DEN.AZ