Yanvar–aprel aylarında Azərbaycanın ABŞ-a ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 27,73 milyon dollar təşkil edib. Bu, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarında əksini tapıb.
Hesabat dövründə ABŞ-dan idxal 28,8 faiz azalaraq 310,88 milyon dollar olub.
Yanvar–aprel aylarında Azərbaycan və ABŞ arasında ümumi ticarət dövriyyəsi 338,61 milyon dollara çatıb. Bu göstərici illik müqayisədə 26,6 faiz azdır.
ABŞ-ın payına Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,7 faizi düşüb. Dörd ay ərzində bu ölkəyə ixrac Azərbaycanın ümumi ixracının 0,2 faizini, idxal isə ümumi idxalın 5,6 faizini təşkil edib.

