OPEC+ ölkələri noyabr ayı üçün neft hasilatına dair mövcud kvotaları dəyişməmək qərarına gəliblər.
Bu barədə OPEC+ təşkilatının yaydığı məlumatda bildirilib.
Qərar Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman nazirlərinin iştirakı ilə keçirilən aylıq onlayn iclasda qəbul olunub.
Razılaşmanın əsas iştirakçıları olan Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik hasilat limitləri müvafiq olaraq 9,949 milyon və 10,478 milyon barel səviyyəsində saxlanılıb.
Digər ölkələr üçün gündəlik neft hasilatı limitləri belə müəyyən edilib:
-
İraq – 4,431 milyon barel;
-
Küveyt – 2,676 milyon barel;
-
Qazaxıstan – 1,628 milyon barel;
-
Əlcəzair – 1,007 milyon barel;
-
Oman – 841 min barel.
İclas iştirakçıları razılaşma çərçivəsində götürülmüş öhdəliklərə tam əməl edəcəklərini bir daha təsdiqləyiblər.
Bildirilib ki, yeddi ölkə neft bazarındakı vəziyyəti hər ay qiymətləndirməyə davam edəcək.
Növbəti iclasın noyabrın 1-də keçirilməsi planlaşdırılır.

