OPEK cari ildə dünyada neftə tələbatın artımı ilə bağlı proqnozunu pisləşdirib. Təşkilat indi artımın sutkada 1,17 milyon barel səviyyəsində olacağını gözləyir.
Bu barədə OPEK-in may hesabatında qeyd olunub.
Yeni proqnoz əvvəlki 1,38 milyon barellik göstəricidən sutkada 210 min barel azdır.
Təşkilatın hesablamasına görə, 2026-cı ildə dünyada neftə tələbat sutkada 106,33 milyon barelə çata bilər. Bu isə bir ay əvvəl gözləniləndən təxminən 200 min barel azdır.

