Londonda qadını avtobusun altına itələməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daily Mail məlumat yayıb.
Hadisə 2017-ci ilin mayında Temza çayı üzərindəki körpülərdən birində baş verib. Həmin vaxt səhər qaçışı edən bir kişi qarşıdan gələn qadını qəfil şəkildə yolun hərəkət hissəsinə doğru itələyib.
Qadın həmin an ikimərtəbəli avtobusun qarşısına yıxılıb. Avtobus sürücüsü son anda reaksiya verərək sükanı kəskin şəkildə döndərib və bununla da faciənin qarşısı alınıb.
Məlumata görə, hadisədən sonra kişi yoluna davam edib. Təxminən 15 dəqiqə sonra isə eyni istiqamətdən geri qayıdaraq şok vəziyyətində olan zərərçəkənin yanından keçib.
Daily Mail-in yazdığına görə, detektivlər son 9 il ərzində 50-yə yaxın şübhəlini yoxlayıblar. Yeni məlumatlar əsasında polis ehtimal olunan şübhəlinin izinə düşüb.
Saxlanılan şəxsin 44 yaşlı keçmiş Britaniya ordusu zabiti, özəl bank direktoru və milyonçu olduğu bildirilir. Onun kral III Çarlz və bəzi Avropa kral ailələri ilə qohumluq əlaqələrinin olduğu iddia edilir.
Şübhəli şəxs ağır bədən xəsarəti yetirməyə cəhd ittihamı üzrə saxlanılıb. Daha sonra o, zaminə buraxılıb.
Hadisə ilə bağlı araşdırma davam edir.

