NEWS.ru-ya danışan psixoloq Yevgeniya Aleksandrovanın sözlərinə görə, münasibətlərdə yalnız qadının hər addımı atması cütlüyü məhv edən modeldir. Onun fikrincə, bu davranış balansı pozur və kişidə qıcıq yaradır.
Psixoloq bildirir ki, belə münasibətlərdə ssenari daima eyni olur:
“Qadın həm evi aparır, həm uşaqlara baxır, həm də münasibətin inkişafı üçün bütün təşəbbüsləri göstərir. O, ilk olaraq seks təklif edir, ciddi söhbətlər açır, məişət və maliyyə məsələlərini həll edir. Kişi isə sadəcə müşahidəçidir və çox vaxt onun aktivliyindən narahat olur.”
Aleksandrovanın sözlərinə görə, bu model münasibətin balansını tamamilə dağıdır. Qadın “rahat, güvənilən tərəfdaş” olmağa çalışdıqca, yavaş-yavaş:
“xilaskar, nəzarətçi və həmişə məşğul partnyora” çevrilir.
Çıxış yolu
Psixoloq vəziyyətdən çıxmaq üçün ardıcıl mərhələlər təklif edir:
Birinci addım — qadın hər şeyi nəzarətdə saxlamaqdan imtina etməlidir.
“Qadın hər detalı idarə etməyi dayandırmalı və kişiyə özünü göstərmək üçün yer verməlidir.”
Aleksandrova bildirir ki, kişini addım atmağa məcbur etmək olmaz — sadəcə geri çəkilib müşahidə etmək lazımdır.
İkinci addım — diqqəti özünə yönəltmək.
Üçüncü addım — müşahidə mərhələsi.
“Əgər qadın artıq hər şeyi üzərindən atıb balans yaratdığı halda kişi yenə də passiv qalırsa, bu ciddi siqnaldır. Belə halda məsafə yaratmaq cəza deyil, kişinin bu münasibətdə aktiv tərəf ola biləcəyini anlamaq üçün bir üsuldur.”
DenMedia.az

