Tibb elmləri doktoru, infeksionist-həkim, virusoloq Yelena Malinnikova Honkonq qripi zamanı risk qrupuna daxil olan şəxslər barədə danışıb. O, bu barədə **RIA Novosti**yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, əsasən xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən şəxslər bu infeksiyanı daha ağır keçirirlər.
“Ən çox xroniki ağciyər xəstəlikləri olan insanlar əziyyət çəkir, xəstəlik onlarda daha ağır formada keçir. Hətta xroniki obstruktiv ağciyər xəstəliyi olan pasiyentlər arasında ölüm halları da qeydə alınıb”, — deyə Malinnikova vurğulayıb.
O əlavə edib ki, uşaqlar, hamilə qadınlar və immun çatışmazlığı olan şəxslər də xüsusi risk qrupuna daxildir.
Ekspert xatırladıb ki, immun çatışmazlığı xroniki və müvəqqəti ola bilər. Müvəqqəti immun zəiflik isə soyuqlama, stress və ya yüksək fiziki gərginlik fonunda yarana bilər. Onun sözlərinə görə, bu amillər də Honkonq qripinin gedişatına ciddi təsir göstərir.

