Qulançarın (asperagusun) müntəzəm istifadəsi orqanizm üçün bir sıra faydalar yaradır və bir çox sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.
Mütəxəssislərin fikrincə, qulançar qaraciyər və mədəaltı vəzinin üzərinə düşən yükü azaldır, həzm prosesini yüngülləşdirir və bağırsaq mikroflorasının yaxşılaşmasına kömək edir.

Bu tərəvəz həmçinin immun sistemini gücləndirən vitamin və antioksidantlarla zəngindir. Qulançarın tərkibində olan faydalı maddələr orqanizmdə iltihabi proseslərin azalmasına və hüceyrələrin daha gec qocalmasına kömək edir.

Bundan başqa, qulançar liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır, maddələr mübadiləsini dəstəkləyir və ümumi sağlamlığa müsbət təsir göstərir.


