Bazar piştaxtalarında tez-tez diqqətdən kənarda qalan, uşaqların isə uzaq durduğu Brüssel kələmi əslində təbiətin təqdim etdiyi ən güclü təbii “dərmanlardan” biridir.
Qaraciyəri təmizləyir
Brüssel kələminin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun qaraciyərə təsiridir. Tərkibindəki sulforafan maddəsi qaraciyər fermentlərini sabitləşdirir və toplanmış toksinlərin orqanizmdən çıxarılmasına kömək edir. Mütəxəssislər xüsusilə qeyri-düzgün qidalanmadan sonra yorulan qaraciyər üçün bu tərəvəzi vacib hesab edir.

C vitamini mənbəyi
Çoxları C vitaminini portağal ilə əlaqələndirsə də, Brüssel kələmi bu baxımdan daha zəngindir. Sadəcə bir kasa bişmiş Brüssel kələmi gündəlik C vitamini ehtiyacını tam şəkildə qarşılayır və immun sistemini gücləndirir.
Hüceyrələri qoruyur
Yüksək antioksidant tərkibi sayəsində bu tərəvəz sərbəst radikallarla mübarizə aparır, hüceyrə zədələnməsini azaldır və qocalma prosesini ləngidir. Liflə zəngin olması isə həzm sistemini dəstəkləyir və uzun müddət toxluq hissi yaradır.

Diqqət edilməli məqamlar
Faydalarına baxmayaraq, bəzi hallarda ehtiyatlı olmaq lazımdır. Brüssel kələmi zobogen qidalar qrupuna daxildir və qalxanabənzər vəzinin fəaliyyətinə təsir göstərə bilər. Həmçinin yüksək K vitamini tərkibinə görə bəzi şəxslər onu istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir.

