Fevral ayında rasiona sitrus meyvələri əlavə etmək vacibdir, çünki bu dövrdə orqanizmdə C vitamini çatışmazlığı arta bilər. Bu barədə Maarif Dövlət Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının dosenti, bioloq Vitaliy Napolov Lenta.ru-ya açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, qış həm də nar mövsümüdür və hazırda satışda ən yetişmiş meyvələr olur. Nar C, P, B6 və B12 vitaminləri ilə zəngindir, immuniteti, ürək-damar sistemini gücləndirir və güclü antioksidant təsir göstərir. Onun müntəzəm istifadəsi hemoqlobini artırmağa, təzyiqi azaltmağa, həzmi və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edir. Nar həmçinin kalium, maqnezium və liflə zəngindir, qanazlığı və soyuqdəyməyə qarşı faydalıdır.
Napolov qeyd edib ki, xurma da C, A və B qrupu vitaminləri ilə zəngindir, lakin gündə iki-üç ədəddən artıq istehlak olunmamalıdır. Alma sevənlərə qış sortlarına üstünlük vermək tövsiyə edilir. Banan isə yorğunluqla mübarizədə kömək edə bilər.

