İşemik xəstəlik, ürək çatışmazlığı və ya mədəcik taxikardiyası qəfil ürək dayanmasına səbəb ola bilər. Son illər bu cür qəfil ölümlər getdikcə daha çox gənclər arasında — tələbələr və hətta əvvəllər ürək problemi olmayan peşəkar idmançılar arasında da qeydə alınır.
İsveçli tədqiqatçılar 1–36 yaş aralığında olan şəxslər arasında baş vermiş təxminən min qəfil ölüm hadisəsini təhlil ediblər. Həlak olanların orta yaşı 23 olub və onların əksəriyyəti kişilər idi. Araşdırma göstərib ki, təxminən hər üçüncü şəxsdə faciədən 1,5 il əvvəl narahatedici əlamətlər müşahidə olunub: huşun itməsi, qıcolmalar, ürək döyüntüsünün sürətlənməsi, ürəkbulanma, yüksək hərarət və EKQ-də dəyişikliklər.
Gənclərin bir hissəsində psixi pozuntular da diaqnoz edilib. Həkimlər istisna etmirlər ki, psixotrop dərmanların qəbulu ürəyin fəaliyyətinə təsir göstərə və təhrikedici amillərdən biri ola bilər.

