Yay aylarında qida rasionuna yağlı balıq əlavə etmək orqanizmin istiyə uyğunlaşmasına kömək edə bilər.
Bu barədə “Çempionat”a açıqlamasında nutrisioloq Svetlana Leontyeva bildirib.
Mütəxəssisin sözlərinə görə, yayda skumbriya, siyənək və sardina kimi yağlı balıqlara üstünlük vermək faydalıdır.
O qeyd edib ki, bu balıqlarda olan omeqa-3 yağ turşuları istilik stresi fonunda pozula bilən bağırsaq mikroflorasının tarazlığını bərpa etməyə kömək edir.

Leontyevanın sözlərinə görə, yağlı balıq istinin orqanizmdə yaratdığı bir neçə problemi eyni vaxtda azalda bilər. Omeqa-3 iltihabi fonu zəiflədir, maqnezium və kalium isə tərlə itirilən maddələrin bərpasına kömək edir.
Mütəxəssis balığın daha faydalı olması üçün onu sobada bişirməyi və ya buğlama üsulu ilə hazırlamağı tövsiyə edib.

Onun sözlərinə görə, digər bişirmə üsulları omeqa-3 yağ turşularının bir hissəsini məhv edə və məhsulun faydasını azalda bilər.

