Diyetoloq Natalya Mizinova bildirib ki, ağ və yağlı balıq istehlakı ödem riskini azaltmağa kömək edə bilər.
O, bu barədə “Çempionat” nəşrinə açıqlamasında danışıb.
Mütəxəssis qeyd edib ki, balıq tərkibində olan omeqa-3 yağ turşuları, mikroelementlər və zülal sayəsində limfa dövranını dəstəkləyir.

“Treska və ya mintay kimi ağ balıq tez həzm olunur və yüngül şam yeməkləri üçün uyğundur. Skumbriya kimi yağlı növlər isə ürək-damar sisteminə əlavə dəstək verir.”
Onun sözlərinə görə, omeqa-3 damarları möhkəmləndirir, iltihabı azaldır və mikrosirkulyasiyanı yaxşılaşdıraraq təbii limfodrenaj effektini gücləndirir. Bundan əlavə, balıq böyrəklərin fəaliyyətini stimullaşdıran minerallarla da zəngindir.

Mizinova nəzərə çarpan nəticə üçün balığın həftədə iki-üç dəfə istehlak edilməsini və daha sağlam üsullarla hazırlanmasını tövsiyə edib.

