Gündə iki-üç fincan qəhvə içmək qaraciyər sirrozu və qaraciyər xərçəngi riskini azalda bilər. Bu barədə qastroenteroloq Vladimir Loginov “Çempionat” nəşrinə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qəhvənin tərkibindəki kofein və polifenollar qaraciyərin piylənməsini azaldır, həmçinin ALT və AST fermentlərinin səviyyəsinə müsbət təsir göstərir.
Mütəxəssis yağlı balıq, artişok və zeytun yağının da qaraciyər üçün faydalı məhsullar olduğunu qeyd edib.

Bu məhsullar iltihab yaradan maddələrin sintezini azaldır və insulin müqavimətini aşağı salır.
Loginov bildirib ki, artişokun tərkibindəki sinarin və xlorogen turşusu öd axınını gücləndirir və antioksidant təsir göstərir.

Onun sözlərinə görə, zeytun yağı qaraciyər hüceyrələrində triqliseridlərin səviyyəsinin azalmasına kömək edir.

