Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Den.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və birinci xanım Desislava Radevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidenti Rumen Radevə və birinci xanım Desislava Radevaya, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Bolqarıstan Prezidentinin rəsmi qarşılanma MƏRASİMİ

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.