Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinə qəbulla bağlı müsabiqə nəticələri açıqlanıb.
“Den.az”-ın məlumatına görə, tələbə adı qazananlar arasında xeyli tanınmış şəxs övladları var. Belə ki, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olub.
Maraqlıdır ki, Elməddin Muradlının özü də yenidən tələbə adını qazanıb. Belə ki, o, ikinci ali təhsil üçün imtahan verib və sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları ixtisasına qəbul olub. O, birinci ali təhsilini isə BDU-nun Jurnalistika fakültəsində alıb.
Qanunvericiliyə görə, Azərbaycanda ikinci ali təhsili almaq yalnız ödənişli əsaslarla mümkündür.
Oğlu ilə eyni gündə tələbə adını qazandı - Foto

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.