Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə iğtişaşların təşkili və iştirakında ittiham olunan daha iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır.
“Den.az” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rustaveli prospektindəki aksiyada təqsirləndirilən şəxslərin zorakılıq hərəkətləri edərək hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, onlara müxtəlif əşyalar atdığı bildirilir.
Tbilisidə mitinqlər başlayandan indiyədək 28 nəfər saxlanılıb.
Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlər noyabrın 28-dən başlayıb. Buna səbəb isə Baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının Avropa İttifaqına üzvlüklə bağlı müzakirələr məsələsini 2028-ci ilin dekabrına qədər gündəliyə daxil etməməyi və həmin tarixə qədər Aİ-dən heç bir büdcə qrantı almayacağı barədə qərarı bəyan etməsindən sonra başlayıb.
Tbilisidə mitinqlərdə daha 2 nəfər saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.