Rəqsanə İsmayılovanın keçmiş kürəkəni Eşqin Cəlilov müğənninin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.
Den.az “Qafqazinfo ya ,istinaden xəbər verir ki, Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R.İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb-söyüldüyünü bildirmişdi.
11:12
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
Olay.az xəbər verir ki, E.Cəlilov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ailə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdıqlarını açıqlayıblar.
Rəqsanənin keçmiş kürəkəni həbs olundu - SƏBƏB + YENİLƏNİB

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.