Azərbaycanda natiqlik sənətinin inkişafına töhfə verən tanınmış natiqlik təlimçisi, "ÜTÜ QRUP"un rəhbəri Zaur Cahangirovun fəaliyyətinin 6 illiyi münasibətilə xüsusi tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndilrilib və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
"Səsdən könüllərə" layihəsinin rəhbəri Əsmər Kərimovanın təşəbbüsü ilə təşkil olunan "Danışaraq böyüyən 6 il" adlı tədbir natiqlik sənətinə marağı olan şəxsləri bir araya toplayıb.
Tədbir zamanı iştirakçılar Zaur Cahangirovun 6 illik təcrübəsindən ilham alaraq, özünüifadə bacarıqlarının inkişafı, gənclərin uğur hekayələri və natiqlik məharətinin əhəmiyyəti barədə dəyərli məlumatlar əldə ediblər.
Natiqlik bacarığının təkcə söz demək sənəti deyil, eyni zamanda auditoriyanı cəlb etmə və təsir etmə qabiliyyəti olduğu vurğulanıb. Tədbir gənc natiqlər və öz fikirlərini inamla ifadə etmək istəyən hər kəs üçün yeni perspektivlər açıb.
Tədbir ədəbi bədii hissə ilə davam edib.
Den.az