27 
apr
2024
18:23
1 441

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunan tədbir keçirilib-FOTO/VİDEO

27 apr, 2024
18:23
1 441

Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunan tədbir keçirilib-FOTO/VİDEO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan sözü gedən təhsil müəssisəsinin rəhbəri Afət Camalova, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən danışaraq gənclərdə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması və təbii, mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildirib. Azərbaycanda ekoloji tarazlığın və ətraf mühitin qorunması, o cümlədən iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində milli, regional, qlobal səviyyədə aparılan işlərə dövlətimizin dəstəyi və töhfəsindən danışıb.
 
Daha sonra şagirdlərin “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr etdikləri bir birindən maraqlı çıxışları olub.
 
Sonda şagirdlər məktəbin həyətyanı sahəsində ağac və gül kolları əkiblər.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar