29 
noy
2023
15:58
205

Qobu məktəbində Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib-FOTO/ VİDEO

29 noy, 2023
15:58
205

Qobu məktəbində Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib-FOTO/ VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Qobu qəsəbə 1 nömrəli tam orta məktəbdə Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir təşkil olunub.

"Den.az" xəbər verir ki, tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Regional Təhsil İdarəsinin müdir müavini Coşqun Əliyev, AMEA-nın folklor institutunun əməkdaşı Atəş Əhmədli,  BDU-nın dossenti Məti Osmanoğlu, F.B.Köçərli adına kitabxananın müdir müavini Zahirə Dadaşova və məktəbin pedaqoji kollektivi iştirak edib.  

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardıncaq şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yadd edilib.
Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru Şərəf Qasımova əvvəlcə çıxış edərək görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi F.B.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Onuda əlavə edib ki, ibtidai sinif şagirdlərinin iştirakı ilə hazırlanan tədbirin təşkilatçısı müəllim Həcər Quliyevadır.
Daha sonra şagirdlərin ifasında Firidun bəy Köçərliyə həsr olunan səhcəklər, müxtəlif rəks nümunələri təqdim edilib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva çıxış edərək belə bir tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkür edib. 
Digər çıxış edənlər tədbir iştirakçılarına Firidun bəy Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar çatdırıblar. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olub.
Qeyd edək ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən ədəbi-elmi fikrinin inkişafı tarixində böyük rol oynamış F.B.Köçərliyə həsr olunmuş tədbirdə ənənəvi kitab sərgisi də nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar