İsmayıllı rayonunun kəndlərindən birində Girdiman çayının məcrasını dəyişməsi ciddi fəsadlara səbəb olub.
Güclü su axını nəticəsində çay istiqamətini yaşayış məntəqəsinə doğru dəyişib, bu isə yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub.
Yerli sakin Əlimədət Mahmudovun sözlərinə görə, su həyətyanı sahəyə dolub, nəticədə ev qəzalı vəziyyətə düşüb və orada yaşamaq mümkün olmayıb.
Bundan başqa, tövlə, toyuq hini və digər təsərrüfat tikililəri su altında qalıb, həyətin ərazisi isə palçıq və lil qatı ilə örtülüb.
Sakinlər bildirirlər ki, təbii fəlakət nəticəsində bir neçə ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Həmçinin qalın palçıq qatı səbəbindən bəzi sahələrə və yaşayış evlərinə giriş çətinləşib.
Xəzər Xəbərin materialını təqdim edirik:

