Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
" Den.az"-ın Şimal bürosunun məlumatına görə, sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib, yol ötürücüsü uçmaq üzrədir. Hazırda körpüdən gediş- gəliş bağlanıb. Əraziyə adiyyatı qurumun əməkdaşları cəlb olunub texnikalar gətirilir.
Qeyd edək ki, Qaraçayın üzərindəki qəzalı vəziyyətə düşən körpü Qubanın 30-dan çox kəndi ilə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür.
Nüşabə Baxşıyeva
Den.az