Avqustun 7-də Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Sabunçu qəsəbəsinin A. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli və M. İbrahimov küçələrində qaz təchizatında qısamüddətli fasilələr gözlənilir.
Məhdudiyyətlər həmçinin Bakıxanov qəsəbəsinin M. Əmirov, R. Qəmbərov, R. Axundov, S. Qocayev və K. Kamilov küçələrini də əhatə edəcək.

