Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədrinin dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın tərkibi haqqında” sənəddə müvafiq dəyişiklik edilib.
Dəyişikliyə görə, komissiyanın Azərbaycan tərəfindən həmsədri vəzifəsinə iqtisadiyyat naziri Mikayıl Cabbarov təyin olunub.
Bundan əvvəl bu vəzifəni Azərbaycanın iqtisadiyyat nazirinin müavini Anar Axundov icra edirdi.
Sərəncamla Xarici İşlər Nazirliyinə edilən dəyişiklik barədə Çexiya tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.

