Rusiyada məşhur “da Vinçi” cərrahi robotunun yerli analoqu rəsmi olaraq qeydiyyatdan keçib. Bu barədə TASS agentliyinə Rusiyanın səhiyyə naziri Mixail Muraşko məlumat verib.
Nazirin sözlərinə görə, yeni robotlaşdırılmış cərrahi qurğu artıq tibb müəssisələrinə çatdırıla bilər və həm federal, həm də regional klinikalarda tətbiq olunacaq.
“Cərrahiyyə üçün yeni robot qurğu qeydiyyatdan keçib. O, artıq tibbi təşkilatlara təqdim oluna bilər. Bu, cərrahi yardımın yeni formatıdır,” – deyə Muraşko bildirib.
Nazir əlavə edib ki, robot ilk növbədə yüksək texnoloji tibbi xidmətə ehtiyac olan müəssisələrə veriləcək. Onun fikrincə, ilk rus robot-cərrahı müalicə prosesinin sürətini artıracaq və xəstələrin bərpa tempini yüksəldəcək.

