Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.
“Den.az” xəbər verir ki, mətndə deyilir:
“Hörmətli xanım Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.
Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
***
Dövlət başçısı, həmçinin Surinamın Prezidenti Çandrikapersad Santoxiyə də təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Surinam Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Sizin COP29-da iştirak etmək üçün Bakıya səfəriniz Azərbaycan ilə Surinam arasında əlaqələrin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.
Biz Surinam ilə dövlətlərarası münasibətlərimizə və əməkdaşlığımıza böyük əhəmiyyət veririk. İqtisadi-ticari əlaqələrimizi inkişaf etdirmək üçün Azərbaycan ekspertlərindən ibarət nümayəndə heyəti ölkənizə səfər etməyə hazırdır.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim firavanlıq və əmin-amanlıq arzulayıram”.
Prezidentdən təbrik məktubları

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.