Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında milli komandamıza ilk qızıl medalı qazandırıb.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız final görüşündə xorvatiyalı Yona Zvorcu məğlub edərək Olimpiya çempionu olub.
Qeyd edək ki, “Dakar-2026” turnirində Azərbaycan 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Yarışlar noyabrın 13-də başa çatacaq.

