Bakının Yasamal rayonunun bir sıra ərazilərində bu gün elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik təchizatının keyfiyyətini və dayanıqlığını artırmaq məqsədilə transformator yarımstansiyasında təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov və Uluxanlı küçələrində, Hüseyn Cavid və Mətbuat prospektlərində, eləcə də İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd olunub ki, aparılan təmir işləri elektrik təchizatının keyfiyyətinin yüksəldilməsinə və artan enerji tələbatının qarşılanmasına xidmət edir.

