Türk kinosunun Yeşilçam dövründə “Zıp Zıp” obrazı ilə yaddaşlara həkk olunan tanınmış aktyor Necdet Kökeş vəfat edib.
82 yaşlı sənətkar 27 dekabr 2025-ci ildə keçirdiyi infarktdan sonra reanimasiya şöbəsinə yerləşdirilmişdi. Müalicə prosesi zamanı onun beyninə qan laxtası atdığı məlum olub. Təəssüf ki, bütün tibbi səylərə baxmayaraq, usta aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Necdet Kökeşin vəfat xəbəri onu sevənləri və Yeşilçam pərəstişkarlarını dərin kədərə boğub.

