Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda vəfat edən müğənni Rıza Tamer Şişman torpağa tapşırılıb.
Mərhumun cənazəsi Ula rayonunun Akyaka məhəlləsində yerləşən İskele qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində ailə üzvləri, yaxınları və sevənləri iştirak ediblər.
Mərasim zamanı onun gitarası tabutunun önünə qoyulub. Anası Sevgül Dalbudak göz yaşları içində oğlunun tabutuna sarılaraq onun hər kəslə halallaşdığını bildirib.





