Los-Anceles şəhərində başlayan güclü meşə yanğını dünyaca tanınmış simaların malikanələrinin olduğu yerə qədər irəliləyib.
Den.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2014-cü ildə ailə quran Beren Saat və Kənan Doğulu cütlüyünün 2018-ci ildə Los-Ancelesdə 1 milyon 200 min dollara aldığı malikanə yanaraq kül olub. Mediada yayılan xəbərlərə görə, cütlük dəymiş ziyanı öyrənmək üçün həmin əraziyə getməyi planlaşdırır.
Qeyd edək ki, sözügedən ərazidə bir çox türkiyəli məşhurlar mülk sahibidir.
Siyahıda 2015-ci ildə xanımı Sinem Koballa Los-Ancelesdə ev alan Kənan İmirzalıoğlunun adı da var.
Şəhərədə ev sahibi olanlar arasında məşhur aktyor Cağatay Ulusoy da var. 2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoyun həmin ərazidən ev də aldığı məlumdur.
Serenay Sarıkaya 2018-ci ildə Kerem Bürsinlə münasibəti zamanı Los-Ancelesdə mənzil alıb. Türkiyə KİV-də yayılan xəbərlərə görə, həmin evin qiyməti 500 min dollardan çoxdur.
Məşhur cütlüyün mülkləri yanğında kül oldu

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.