İstanbulun Beykoz rayonu üzrə bələdiyyə sədrinin də aralarında olduğu 20 nəfər saxlanılıb.
Den.az xəbər verir ki, İstanbulun Beykoz Prokurorluğu tərəfindən şəhərin Beykoz rayonunun bələdiyyə sədri Alaattin Köseler də daxil olmaqla 4 şübhəli barəsində “tenderə müdaxilə” ittihamı ilə həbs qərarı verilib.
Digər tərəfdən, daha 17 şübhəli barəsində də “tenderə müdaxilə” və “cinayət törətmək məqsədilə təşkilat qurma, üzvlük və yardım” ittihamları ilə saxlanılma, axtarış və müsadirə əmri verilib.
Təlimata əsasən, İstanbul şəhər Polis İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin qrupları tərəfindən Alaattin Köseler və digər 20 şübhəli şəxs saxlanılıb.
Polis qrupları tərəfindən Beykoz Bələdiyyəsindəki axtarışlar davam edir.
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.