Rusiyalı müğənni Qriqori Leps fiziki formasını necə qoruduğunu açıqlayıb.
Sənətçi bu barədə mükafat mərasimlərindən birinin kulisində jurnalistlərə danışıb. Onun sözlərini KP.RU yayıb.
Leps bildirib ki, artıq 7 kiloqram çəki atıb. Müğənninin sözlərinə görə, özünü tam rahat hiss etməsi üçün daha 2 kiloqram arıqlaması lazımdır.
Sənətçi artıq çəkidən xilas olmaq istəyini “ona lazım olmayan çəki” ilə izah edib.
Jurnalistlərin piyada gəzməyin və ya marafonların bədən formasına faydası ilə bağlı sualına cavab verən Leps fiziki aktivliyin təkbaşına kifayət etmədiyini bildirib.
Onun sözlərinə görə, artıq çəki daha çox qidalanmaya nəzarət etdikdə azalır.

“Artıq çəki yeməyi dayandıranda gedir”, — deyə müğənni bildirib.
Leps gündəlik rejimindən də danışıb. O qeyd edib ki, səhərlər əvvəlcə üzgüçülüklə məşğul olur, daha sonra idman zalında məşq edir və yalnız bundan sonra az miqdarda yemək yeyir.
Müğənninin sözlərinə görə, səhər və axşam az yemək ona çəkisini nəzarətdə saxlamağa kömək edir.
Bununla belə, mütəxəssislər qidalanmada kəskin məhdudiyyətlərin hər kəs üçün uyğun olmadığını və belə yanaşmaların ehtiyatla seçilməli olduğunu bildirirlər.

