Arıqlamaq mütləq sərt qida məhdudiyyəti və daimi aclıq hissi demək deyil. Mütəxəssis bildirib ki, bəzi məhsulları daha böyük həcmdə yemək və eyni zamanda çəki azaltmaq mümkündür.
Bu barədə peşəkar fitnes məşqçisi Viktor Mandzyak danışıb.
Ekspert tox saxlayan və arıqlamağa kömək edən məhsullar sırasında ilk yeri qarpıza verir. Onun əsas üstünlüyü tərkibində suyun çox, kalorinin isə az olmasıdır.
“Gündəlik kalori normasını qarpızla toplamaq üçün 8 kiloqram qarpız yemək lazımdır. Bir kiloqram qarpız yeyirsiniz və cəmi 300 kalori qəbul edirsiniz”, — deyə mütəxəssis bildirib.
Məşqçinin sözlərinə görə, bu, insana həm qida zövqü verir, həm də orqanizmi yaxşı nəmləndirir. Çünki qarpız şirin, dadlı və eyni zamanda artıq kalori baxımından yüngül məhsuldur.

Arıqlama prosesində faydalı hesab edilən digər məhsullar isə çiyələk və moruqdur. Xüsusilə moruq tərkibinə görə həzm sistemi üçün dəyərli sayılır.
“Moruqda çoxlu lif var və bu, arıqlamağa kömək edir. Moruq şirindir, dadlıdır”, — deyə mütəxəssis vurğulayıb.

