Artıq çəki və piylənmənin səbəblərindən biri genetika ola bilər. Bunu həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina “Moskva 24”ə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, çəki artımına yod, selen, C və D vitaminləri, B qrupu vitaminləri, maqnezium çatışmazlığı da səbəb ola bilər. Artıq çəki həmçinin yuxu çatışmazlığının nəticəsi kimi də ortaya çıxa bilər.
Solomatina əlavə edib ki, insan orqanizmində hormonlar və neyromediatorlar sintez olunur. Məsələn, dopamin inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab edilir. O, aşiq olanda, komanda idmanı ilə məşğul olarkən və ya imtahan verərkən sintez olunur. Qida da dopamin ifrazını stimullaşdıra bilər.

Dietoloq bildirib:
Yemək də dopaminin yaranmasına kömək edir. İnsan bunu yadda saxlayır: nəsə yesə, xoşbəxtlik hissi yaranacaq.

