Müğənni Qriqori Leps Dağıstan sakinlərinə yardım məqsədilə xeyriyyə fonduna 5 milyon rubl ianə edib. Məlumata görə, sənətçi vəziyyət sabitləşdikdən sonra xeyriyyə konserti verməyi də planlaşdırır. O, baş verənləri bütün ölkə üçün böyük faciə kimi qiymətləndirib və Dağıstanı güclü insanların torpağı adlandırıb. “Ora bəla gələndə susmaq olmaz. Mən siyasətçi deyiləm, amma vətəndaşam və borcumu yerinə yetirməyə hazıram,” — deyə Qriqori Leps bildirib. Qeyd edək ki, mart ayının sonlarında Şimali Qafqaz bölgəsində güclü daşqınlar baş verib. Təbii fəlakət Dağıstan, Çeçenistan, Şimali Osetiya və İnquşetiyada ciddi fəsadlara səbəb olub. Minlərlə ev su altında qalıb, bəzi ərazilərdə elektrik enerjisi kəsilib, yollar yararsız vəziyyətə düşüb.
Lepsdən böyük addım Dağıstana milyonluq yardım
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

