Türk pop musiqisinin sevilən simalarından olan Hadisə Almaniyada pərəstişkarları ilə görüşüb.
Səhnədə ifaları və enerjisi ilə minlərlə izləyiciyə unudulmaz gecə yaşadan sənətçi, mahnılar arasında etdiyi səmimi açıqlamalarla da diqqət çəkib.
Hadisə şəxsi həyatı ilə bağlı danışarkən qısa müddət əvvəl ikinci dəfə xala olduğunu bildirib. Bacısı uşaqlarına olan sevgisindən söz açan müğənni, xala olmağın onda dərin emosional təsir yaratdığını deyib.
Sənətçi bu hisslərin onu analıq fikrinə daha da yaxınlaşdırdığını etiraf edib.
“İndi xalaykən belə bu hissləri yaşayıram. Ana olanda necə olacaq, çox maraqlıdır. Özümü hazır hiss edirəm. Təbii ki, əvvəlcə doğru partnyoru tapmaq lazımdır”, — deyə Hadisə səhnədə bildirib.
Müğənninin analıqla bağlı bu sözləri və zarafatla “doğru partnyor” vurğusu etməsi konsertdə maraqlı anlara səbəb olub.
Hadisənin bu açıqlamasından sonra Almaniyadakı pərəstişkarları onun adı ilə tez-tez yanaşı çəkilən və yaxın dostluğu ilə tanınan Murat Bozun adını səsləndirməyə başlayıblar.
Zal bir ağızdan “Murat, Murat” deyə qışqırıb. Hadisə isə bu gözlənilməz reaksiyaya etiraz etməyib, sadəcə gülümsəyərək cavab verib.