Kahramanmaraş şəhərində orta məktəbdə baş verən silahlı hücum nəticəsində 9 nəfərin ölümünə səbəb olan 16 yaşlı İsa Aras Mersinli-nin anası Pınar Peyman Mersinli ilə bağlı yeni qərar verilib.
Daha əvvəl sərbəst buraxılan Pınar Peyman Mersinli yenidən saxlanılaraq məhkəməyə göndərilib və daha sonra “ehtiyatsızlıqla ölümə səbəb olma” ittihamı ilə həbs edilib.
Məlumata görə, müəllim olan Pınar Peyman Mersinli məhkəmənin qərarı ilə həbsxanaya göndərilib və istintaqın geniş şəkildə davam etdiyi bildirilir.
Kahramanmaraş Cumhuriyet Başsavcılığı tərəfindən verilən açıqlamada qeyd olunub ki, hadisədən əvvəl müxtəlif vaxtlarda psixiatriya müayinəsinə yönləndirilməsinə baxmayaraq, şübhəlinin anası tibbi tövsiyələrə əməl etməyib.
Açıqlamada bildirilib ki, uşağın psixiatrik müalicəyə ehtiyacı olduğu ilə bağlı rəsmi qurumlarda çalışan mütəxəssislərin rəyinə baxmayaraq, valideyn tərəfindən müvafiq müraciət edilməyib və bu vəziyyətin faciəvi nəticələrə səbəb olduğu ehtimal edilir.
Prokurorluğun qiymətləndirməsinə görə, Pınar Peyman Mersinli-nin səhlənkarlığı nəticəsində hadisənin baş verdiyi qeyd olunub və bu səbəbdən onun həbsinə qərar verilib.
Hadisə ilə bağlı genişmiqyaslı istintaq davam edir.

