“Güller ve Günahlar” serialının baş rol ifaçısı Murat Yıldırım və həyat yoldaşı İman Elbani ikinci dəfə valideyn olublar.
2016-cı ildə ailə quran cütlüyün 2022-ci ildə Miray adlı qızları dünyaya gəlib. Şəxsi həyatlarını diqqət mərkəzindən uzaqda saxlamağa üstünlük verən Murat Yıldırım və İman Elbani ikinci övladlarını gözlədiklərini də uzun müddət ictimaiyyətdən gizli saxlayıblar.

Cütlük yalnız İman Elbaninin hamiləliyinin son dövründə ailə fotolarını paylaşaraq ikinci körpələrini gözlədiklərini açıqlamışdı.
Birsen Altuntaşın məlumatına görə, hamiləliyini 9-cu ayında açıqlayan İman Elbani bu gün doğuş edib.

Cütlüyün oğlu dünyaya gəlib və körpəyə Kerem adı verilib.
İkinci dəfə valideyn olmağın sevincini yaşayan cütlüyün xoş xəbəri pərəstişkarları tərəfindən də böyük maraqla qarşılanıb.
Murat Yıldırımın isə yeni mövsüm hazırlıqları davam edən “Güller ve Günahlar” serialının çəkiliş meydançasına qayıtmağa hazırlaşdığı bildirilir.

